Region Liqasında maraqlı məqam - "İstefa verəndə futboldan küsmüşdüm"

Region Liqasında maraqlı məqam - "İstefa verəndə futboldan küsmüşdüm"
Futbol
14 May 2019 - 16:13
Supersport.Az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi Region Liqası maraqlı məqamla yadda qalıb.

Yarışın ikiqat çempionu "Uğur"un baş məşqçisi Qəzənfər Abbasov mükafatlandırmadan sonra qızıl medalını "Füzuli"nin keçmiş baş məşqçisi Vasif İsmayılova hədiyyə edib.

Bir müddət əvvəl vəzifədən ayrılan İsmayılov, bununla əlaqədar Sumqayıt klubunun rəhbərliyinə və əsas çalışdırıcısına təşəkkürünü bildirib:

"İstefa verəndə futboldan küsmüşdüm. "Uğur" komandasının qızıl medalı mənə təqdim etməsindən sonra rahatlıq tapdım, sanki özümü çempion kimi hiss etdim. Sumqayıt klubuna Avropa yarışında uğurlar arzulayıram".

 

 

Digər xəbərlər