"Uğur"un ikinci çempionluğu - Nikola Yurçeviçin mükafatlandırması - Video

"Uğur"un ikinci çempionluğu - Nikola Yurçeviçin mükafatlandırması - Video
Futbol, Video
13 May 2019 - 23:14
Supersport.Az-ın məlumatına görə, AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019-cu il mövsümü başa çatıb. "ASCO Arena"da keçirilən final qarşılaşmasında Qusarın "Sahdağ" və Sumqayıtın "Uğur" komandaları qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Uğur" ardıcıl ikinci dəfə Region Liqasının qalibi olub.

Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, İK-nın üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç təqdim ediblər.

Vüqar Nadirov Region Liqasının 2018/2019-cu il mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

Digər xəbərlər