"Qarabağ"la "Neftçi" irəlilədi - dünya reytinqində

"Qarabağ"la "Neftçi" irəlilədi - dünya reytinqində
Futbol
13 May 2019 - 21:42
Supersport.Az-ın məlumatına görə, futbol klublarımız dünya reytinqində irəliləyib.

"Qarabağ" 1073 xalla bir pillə yüksələrək 604-cüdür. Klubun baş məşqçisi Qurban Qurbanov (1073 xal) 2 pillə düşərək 541-cidir.

"Neftçi" (123 xal) 8 pillə qalxaraq 887-ci yerdədir.

"Keşlə" və "Qəbələ" 10 pillə yüksəlib. Paytaxt klubu 74 xalla 926-cı, Qəbələ komandası 74 xalla 927-cidir.

Dünya reytinqində ilk üç sırada "Barselona" (15883 xal), "Real Madrid" (12823 xal) və "River Pleyt" (12324 xal) yer alıb.

 

Digər xəbərlər