Ağdamın icra başçısı: "Qarabağ"a "İmarət"də çempionluq arzulayıram" - Video

Ağdamın icra başçısı: "Qarabağ"a "İmarət"də çempionluq arzulayıram" - Video
Futbol, Eksklüziv, Video
12 May 2019 - 14:21
Supersport.Az-ın məlumatına görə, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov "Qarabağ"ın 7-ci çempionluğuna münasibət bildirib.

"Çox sevindirici haldır ki, "Qarabağ" yenə ölkə çempionu oldu. Bu, qanunauyğun çempionluqdur" deyən icra rəhbəri, "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:

"Komandanı Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq və Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. Allahın köməyilə çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "İmarət" stadionunda oynayacağıq. Gün olsun ki, "Qarabağ" doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın".

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.


 

Digər xəbərlər