Mahir çempionatın bombardiri oldu

Mahir çempionatın bombardiri oldu
Futbol
11 May 2019 - 19:51
Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ən sərrast futbolçusu müəyyənləşib.

Supersport.Az-ın məlumatına görə, başa çatan çempionatın bombardiri "Qarabağ"ın hücumçusu Mahir Mədətov olub. Son tura qədər "Neftçi"dən Baqali Dabo ilə zirvəni bölüşdürən futbolçu bugünkü oyunda "ağ-qaralar"ın qapısına 2 dəfə yol tapmaqla, qollarının sayını 16-ya çatdırıb və 14 qolu olan fransalı hücumçunu qabaqlayıb.

Digər xəbərlər