Eksklüziv: Sadıq Sadıqov: "Ermənilər Bakıya gəlməkdən yenə qorxdular" - Video

Eksklüziv: Sadıq Sadıqov: "Ermənilər Bakıya gəlməkdən yenə qorxdular" - Video
Eksklüziv, Cüdo, Video
08 May 2019 - 22:13
Supersport.Az-ın əldə etdiyi məlumata görə, erməni idmançıları yenə də Bakıya gəlməkdən qorxublar. Ötən il ölkəmizdə təşkil olunan dünya çempionatında iştirakdan imtina edən düşmənlərimiz bu dəfə paytaxtımızda keçiriləcək "Böyük Dəbilqə" beynəlxalq turnirinə qatılmaqdan çəkiniblər.

Bu haqda Supersport.Az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov fikirlərini bildirib. Qurum rəsmisi, ermənilərin ikinci dəfə Bakıda təşkil olunacaq yarışda iştirakdan qorxduğunu söyləyib:

"Azərbaycan idmançıları hər zaman ermənilərdən güclü, fərqli olduqlarını nümayiş etdiriblər. Bilirsiniz ki, Elmar Qasımov İrəvanda bayrağımızı qaldırb, himnimizi səsləndirib. Ermənilər ötən il Bakıda keçirilən dünya çempionatına, indisə başqa beynəlxalq yarışa qatılmaqdan qorxdular. Onlar burada məğlub olacaqlarından ehtiyatlanırlar".

Vitse-prezident, idmançılarımızın Tokio Olimpiadasına vəsiqə qazanmaq üçün bütün güclərini sərf etdiyini və məqsədlərinə çatacaqlarına inandığını vurğulayıb.

Xatırladaq ki, mayın 10-12-si tarixlərində Bakıda keçiriləcək "Böyük Dəbilqə" yarışında dünyanın 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq. Azərbaycan millisi bu turnirdə 43 idmançı ilə təmsil olunacaq. 


 

Digər xəbərlər