"Liverpul" komandamızı darmadağın etdi"

"Liverpul" komandamızı darmadağın etdi"
Futbol
08 May 2019 - 11:00
"Liverpul" oyuna yaxşı başladı. Bunu gözləyirdik. İlk qolu vurduqdan sonra cəsarətləndilər. İkinci qoldan sonra isə oyuna nəzarəti itirdik. Ardınca da hesab 3:0 oldu. Biz də epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Bəhanəyə ehtiyac yoxdur. "Liverpul" bizdən daha yaxşı idi".

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra "Barselona"nın baş məşqçisi Ernesto Valverde belə deyib.

"Liverpul" çox istəkli idi. İlk qolu tez vurduqları üçün daha da oyuna kökləndilər. Suaresin 2:0-dan öncə çox önəmli qol fürsəti oldu. Həmin an qol vursaydı, hər şey daha fərqli ola bilərdi. Oyunçularıma "ötürmələr verin, oyuna nəzarəti ələ alın, təzyiqi aşağı salın" dedim, amma bunu bacarmadılar. Dördüncü qol zamanı isə nələr oldu bilmədim. "Liverpul" bizi darmadağın etdi. Bu nəticə bəhanə gətirməyimizi mümkünsüz edir" bilddirən ispan mütəxəssis, bu nəticədən sonra istefaya göndərilib-göndərilməyəcəyini bilmədiyini deyib:

"Bu barədə düşünmək istəmirəm. Belə nəticədən sonra ilk günahkar məşqçi olur".

Digər xəbərlər