"Qarabağ"dan 7-ci çempionluq - Video
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Supersport.Az-ın məlumatına görə, günün ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
Digər oyunda “Qarabağ” evdə “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam klubu yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Qarabağ" ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.
“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Qələbəyə baxmayaraq, çempionluq şanslarını itirən paytaxt klubu gümüş medallara sahib çıxıb. “Qəbələ”nin uduzması ilə "Səbail" bürünc medalları təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Son oyunda "Sumqayıt" "Sabah"ı məğlub edib.
5 may (bazar)
20:00. “Sumqayıt” – “Sabah” - 1:0
Qol: Əmir Ağayev, 49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
“Kapital Bank Arena”
17:00. “Keşlə” – “Zirə” - 1:3
Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
“ASK Arena”
18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu
18:00. “Qarabağ” – “Səbail” - 4:0
Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
Mahir Mədətov ("Qarabağ") - 14 qol
Baqali Dabo ("Neftçi") - 14 qol
Ceyms Adeniyi ("Qəbələ") - 10 qol
Filip Ozobiç ("Qarabağ) - 9 qol
Marko Deviç ("Sabah") - 8 qol
Emin Mahmudov ("Neftçi) - 7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 7 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol