MOİK premyer liqada

MOİK premyer liqada
Futbol
05 May 2019 - 01:13
Supersport.Az-ın məlumatına görə, futbol üzrə Azərbaycan I Divizionun 2018/2019-cu illər mövsümündə sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.

"Qaradağ Lökbatan"ın qonağı olan MOİK 2-0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi olan "Sumqayıt-2" ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirib. Şəxsi görüşlərdə "gənclik şəhəri" komandasından üstün olan "hərbçilər" üçün son tur formal xarakter daşıyacaq.

"Sumqayıt-2" "Zirə-2"ni 4-2 məğlub etsə də, çempionluğa olan nəzəri şansları da itirib. Lakin ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb. Üçüncülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirilib. Yerli komanda qalib gələcəyi təqdirdə "Neftçi-2" ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi. "Zaqatala" 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıdı. Bürünc mükafatçının adına son turda keçiriləcək "Keşlə-2" – "Zaqatala" və "Neftçi-2" - "Qaradağ Lökbatan" görüşlərindən sonra aydınlıq gələcək.
I Divizion





























































































































































NKlublarOQHMT-FX
1MOİK25202350-2162
2Sumqayıt-225192468-2759
3Neftçi-225154647-2749
4Zaqatala25137548-2746
5Qarabağ-225133946-3342
6Keşlə-2251231038-2939
7Sabah-225115927-1938
8Şüvəlan25107829-2537
9Qaradağ Lökbatan25931323-3530
10Səbail-225731534-5624
11Kəpəz25571319-3522
12Turan Tovuz25521825-5117
13Ağsu25451621-5817
14Zirə-225511922-5416
Raul Yaqubzadə (MOİK) - 21 qol
Cavad Kazımov ("Zaqatala") - 20 qol
Elnur Süleymanov ("Neftçi") - 13 qol
İbrahim Əliyev ("Sumqayıt-2") - 11 qol

Digər xəbərlər