AFFA iki komandanı çempionatdan çıxardı - danışılmış oyun

AFFA iki komandanı çempionatdan çıxardı - danışılmış oyun
Futbol
29 Aprel 2019 - 22:08
6 aprel 2019-cu il, 2018/2019 mövsümündə, Region Liqasının II play off mərhələsinin cavab oyunu olan “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb. Araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” klubları cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb.

Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcəyi bildirilib.

Digər xəbərlər