Eksklüziv: Azərbaycan futbolunda istefa

Eksklüziv: Azərbaycan futbolunda istefa
Futbol, Eksklüziv
29 Aprel 2019 - 17:23
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Region Liqasında "FC Baku"nu oyun alverində ittiham edən "Füzuli" klubunun baş məşqçisi Vasif İsmayılov istefa verib. Çalışdırıcı, saytımızın xəbərini təsdiq edib. O, bunun səbəbini yorulmasıyla əlaqələndirib.

Bu komandaların oyununu araşdıran AFFA qərar verməkdə çətinlik çəkir.

İlk qarşılaşmada paytaxtda "FC Baku"yla qollu bərabərə qalan "Füzuli" komandası cavab matçında penalti zərbəsiylə məğlub olub. Bundan sonra Füzuli klubu baş hakimi, AFFA nümayəndəsi Elçin Məmmədovu təzyiq etməkdə, rəqib komandanı oyunu pulla almaqda günahlandırıb.

 

Digər xəbərlər