Riçard Almeydanın 250-ci oyunu

Riçard Almeydanın 250-ci oyunu
Futbol
29 Aprel 2019 - 15:27
Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən “Zirə” -“Qarabağ” görüşü (0:3) qonaqların futbolçusu Riçard Almeyda üçün əlamətdar olub.

Supersport.Az PFL-in saytına istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ağdam klubunda 250-ci matçını keçirib. Cənubi amerikalı bu görüşlərdə 54 qol vurub.

Riçard Premyer Liqada 173 matçda 42, Azərbaycan kubokunun 22 oyununda 5, avrokuboklardakı 55 qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb.

Digər xəbərlər