"Barselona"nın 26-cı, Messinin 10-cu çempionluğu

"Barselona"nın 26-cı, Messinin 10-cu çempionluğu
Futbol
28 Aprel 2019 - 01:17
Supersport.Az-ın məlumatına görə, İspaniya La Liqasının 35-ci turunda çempion məlum olub.

"Barselona" "Levante"ni Lonel Messinin 62-ci dəqiqədə vurduğu qolla məğlub edərək, mövsümün bitməsinə üç tur qalmış birinci yeri təmin edib.

"Barselona" 83 xalla "Atletiko"yla 9 xallıq fərqi qoruyub.

"Nou Camp" stadionunda 91 min 917 azarkeşin izlədiyi qarşılaşmada Barselona təmsilçisi 26-cı, Messi 10-cu çempionluğuna qovuşub. "Real Madrid" 33 dəfə La Liqanın qalibidir.

 

Arturo Vidal ardıcıl 8-ci dəfə (4 dəfə "Yuventus", 3 dəfə "Bayern", 1 dəfə "Barselona" ilə) çempion adını qazanıb.

"Barselona" çempionatda 35 matçda 25 qələbə qazanıb, 8 heç-heçə edib, 2 məğlubiyyət alıb.

Barselona klubu mayın 1-7-də Çempionlar Liqasının yarımfinalında "Liverpul"la, mayın 25-də isə Kral Kubokunun finalında "Valensiya" ilə qarşılaşacaq.

 

Digər xəbərlər