Roberto Bordin çətin vəziyyətdə

Roberto Bordin çətin vəziyyətdə
Futbol
27 Aprel 2019 - 23:33
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a məğlub olan "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin fikirlərini bildirib.

"Bizim üçün üzücü gündür. Səhvlərimiz oldu. 2:2-dən sonra qol buraxmağımızı xüsusi vurğulayardım. Rəqib qapısında çoxlu təhlükəli vəziyyət yaratdıq, hətta top qapı dirəyindən də qayıtdı. Öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.

Bu oyuna heyəti həftəboyu hazırlamışdım. Rəqibin kubokda oynamasının bizdə arxayınlıq yaratdığını deməzdim. İlk dəqiqələrdən göstərdik ki, rəqibin kimliyindən asılı olmayaraq qalib gəlmək istəyirik, sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik. "Qarabağ" riyazi cəhətdən çempionluğu rəsmiləşdirməyib. Düzdür, çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdur. Çox yaxşı mövsüm keçirdik. Hətta "Qarabağ"la böyük xal fərqi də yaratmışdıq, sadəcə, bunu qoruya bilmədik. Bütün mövsümə nəzər salsaq, təkcə "Sumqayıt"la oyunlarda yox, daha bir neçə matç da lazımsız xallar itirmişik. Futbolda gözlənilməz nəticələr ola bilər. Ona görə də qarşıdakı oyunların nəticəsini gözləməliyik".

 

Digər xəbərlər