Supersport.Az-ın məlumatına görə, İspaniya Futbol Federasiyası ölkə superkubokunun 2020-ci il yanvarından başlayaraq 6 il ərzində Səudiyyə Ərəbistanında keçiriləcəyi haqda xəbər yayıb.
RFEF ərəb ölkəsiylə danışıqların davam etdiyini bildirib.
Razılaşmaya əsasən, yarış dörd komandanın iştirakıyla final şəklində təşkil olunacaq 6 mövsüm Səudiyyə Ərəbistanında keçiriləcək.
İspaniya bu anlaşmadan illik 30 milyon avro olmaqla ümumilikdə 180 milyon qazanacaq.