"Beşiktaş" Avropada zirvədə - qazancda

"Beşiktaş" Avropada zirvədə - qazancda
Futbol
24 Aprel 2019 - 10:10
Supersport.Az-ın məlumatına görə, ötən mövsüm UEFA Çempionlar Liqasında son 16-ya qalan komandaların gəlirləri açıqlanıb.

KPMG Football Benchmark komandası bu sezon, 5 böyük çempionat xaric, son 3 ildə yarışda klubların qazancını müəyyənləşdirib.

"Beşiktaş" 2017-2018-ci il mövsümündə 158 milyon avro gəlirlə zirvədədir. "Benfika" 2016-2017 sezonunda 128 milyon avroyla ikincidir.

Üç mövsümdə "Bazel", "Gent", PSV, "Benfika" (2 dəfə), "Zenit", "Portu" (2 dəfə), "Şaxtyor" və "Beşiktaş", son 16-ya qalıb.

Son üç sezonda qazancda lider komandalar:

Beşiktaş: 2017-2018 - 158 milyon avro

Benfika: 2016-2017 - 128 milyon, 2015-2016 - 126 milyon

Portu: 2017-2018 - 106 milyon, 2016-2017 - 99 milyon

PSV Eyndhoven: 2015-2016 - 95 milyon

Bazel: 2017-2018 - 72 milyon

Digər xəbərlər