"Qvardiola, Messisiz Çempionlar Liqasının qalibi olmayacaq"

"Qvardiola, Messisiz Çempionlar Liqasının qalibi olmayacaq"
Futbol
21 Aprel 2019 - 22:55
Supersport.Az-ın məlumatına görə, tanınmış futbol adamı Ruud Qullit, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın Çempionlar Liqasında uğursuzluğunu şərh edib.

Niderlandlı mütəxəssis, bu haqda belə deyib:

"Pep Qvardiola, Lionel Messi ilə 2 dəfə Çempionlar Kubokunu qazanıb. Ancaq o, bir daha bu yarışın qalibi ola bilməyəcək. Çünki Messi yoxdur. Messi tam fərqli futbolçudur.

Pep, "Bayern"i çalışdıran zaman klubu yarımfinala aparsa da, kuboku qazandıra bilmədi. "Barselona"da isə Messi komandanı uğurlara daşıdı. Qvardiolanın zəfərlərində Messi çox böyük pay sahibidir.

Pulla satın alınmış bir komanda qursanız, uğur qazana bilməzsiniz. Qvardiolaya görə məyusam. Çünki futbolu bütün varlığıyla sevir".

 

Digər xəbərlər