Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu

Aleksandr Səmədov Bakıdakı finalın səfiri oldu
Futbol
20 Aprel 2019 - 10:22
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Rusiyanın paytaxtı Moskvanın təmsilçisi “Dinamo”, “Lokomotiv”, “Spartak”, “Moskva” klublarının heyətində oynayan, hazırda Samaranın “Krılya Sovetov” komandasında çıxış edən, Rusiya milli komandasının heyətində 50-dən çox oyun keçirən Aleksandr Səmədov UAL Final-2019-un səfəri kimi aprelin 20-də və 21-də Moskvada keçiriləcək UEFA Avropa Liqasının “KİA Kubok Turu”nda iştirak edəcək.

Digər xəbərlər