"Raquf Orucov Kuboku"nun qalibi məlum oldu

"Raquf Orucov Kuboku"nun qalibi məlum oldu
Digər, Cüdo
18 Aprel 2019 - 14:37


Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi, "Judo Club 2012" idman klubunun təşkilatçılığı ilə keçirilən üçüncü "Raquf Orucov Kuboku" beynəlxalq turniri başa çatıb.

Supersport.Az-ın məlumatına görə, yaşı 21-dək (U-21) cüdoçulardan ibarət komandalar arasında keçirilən turnirdə Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edib.

Üçüncü "Raquf Orucov Kuboku"nun qalibi Gürcüstan komandası olub.

"Judo Club 2012" idman klubunun "Judo Club-1" komandası ikinci yeri tutub. Rusiyanın "Mahaçqala" və "Qroznı" komandaları üçüncü pilləyə layiq görülüb.

Birinci yeri tutmuş komandaya kubok, digər komandalara diplomlar və pul mükafatları təqdim edilib.

Digər xəbərlər