Messi: "Belə oynamaq olmaz"

Messi: "Belə oynamaq olmaz"
Futbol
17 Aprel 2019 - 11:14
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Mançester Yunayted"i mübarizədən kənarlaşdıran "Barselona"nın əsas silahı Lionel Messi narahat olduğunu bildirib.

Argentinalı ulduz futbolçu hesab edir ki, arxayınlaşmaq olmaz:

"Oyunun ilk dəqiqələrində zəif oynadıq. Buna diqqət etməli, ciddi yanaşmalıyıq. Çempionlar Liqasında belə oynamaq olmaz. Bu turnirdə 5 dəqiqə pis oynamaq işləri çətinləşdirir".

Dörddəbir final mərhələdinin cavab oyununda iki qol vuran Messi, komandasının uğurunu qabardıb:

"İkinci qolda şanslıydım. Uzun müddət sonra yarımfinaldayıq. Mənim üçün vacib budur. Yarımfinalda olduğumuzdan sevincliyik. Addım-addım irəliləməliyik. İndi La Liqaya köklənməliyik. Çempionluğu təmin etdikdən sonra Çempionlar Liqasında daha yaxşı oynaya bilərik".

Xatırladaq ki, "Barsa" "Mançester"i 3 qolla məğlub edib.

 

 

Digər xəbərlər