Muhamməd Salah ən nüfuzlu şəxslər sırasında

Muhamməd Salah ən nüfuzlu şəxslər sırasında
Futbol
20 Aprel 2019 - 12:37
Supersport.Az-ın məlumatına görə, "Liverpul"un ulduz oyunçusu Muhamməd Salah dünyanın ən nüfuzlu şəxsləri sırasına düşüb.

Amerikanın "Time" jurnalının tərtib etdiyi 100 tanınmış simanın siyahısında 6 idmançı yer alıb.

Bu sırada misirli futbolçu Muhamməd Salahla yanaşı, amerikalılardan basketbolçu LeBron Ceyms, qolfçu Tayger Vuds, futbolçu Aleks Morqan da var.

Salah, siyahıda olduğundan ölkəsi adına fəxr etdiyini və daha yaxşı futbol oynamaq üçün bunun müsbət təsiri olacağını bildirib.

 

Digər xəbərlər