"Arsenal", "Çelsi", "Benfika", "Valensiya" qalib gəldi

"Arsenal", "Çelsi", "Benfika", "Valensiya" qalib gəldi
Futbol
12 Aprel 2019 - 07:25

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Supersport.Az xəbər verir ki, London "Arsenal"ı evdə "Napoli" ilə qarşılaşmada 2 qolla qələbə qazanıb.

İspaniyada bu ölkənin iki təmsilçisi - "Vilyarreal"la "Valensiya"ya 1:3 hesabıyla uduzub.


Turnirin favoritlərindən sayılan "Çelsi" Çexiyada "Slaviya"ya 1 qolla qalib gəlib.
"Benfika" isə evdə "Ayntraxt"ı məğlub edib - 4:2.

Cavab oyunları aprelin 18-də keçiriləcək.

Avropa Liqası

1/4 final, ilk oyunlar

11 aprel

23:00. “Arsenal” (İngiltərə) – “Napoli” (İtaliya) - 2:0


Qollar: A.Remzi, 15, Kulibali 25-öz qapısına

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

23:00. “Slaviya” (Çexiya) – “Çelsi” (İngiltərə)   - 0:1


Qol: Markos Alonso, 86

Baş hakim: Feliks Zvayer (Almaniya)

23:00. “Vilyarreal” (İspaniya) – “Valensiya” (İspaniya)  - 1:3


Qollar: Q.Quedes, 6 (0:1), S.Kazorla, 36-pen. (1:1), Vass, 90+1 (1:2), Quedes, 90+3 (1:3)

Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. “Benfika” (Portuqaliya) – “Ayntraxt” (Almaniya) - 4:2


Qollar: J.Feliks, 21 (1:0), L.Joviç, 40 (1:1), J.Feliks, 43 (2:1), Dias, 50 (3:1), Feliks, 54 (4:1), Pasyensiya, 72 (4:2)

Baş hakim: Antoni Teylor (İngiltərə)

 

Digər xəbərlər