"Azərbaycanda "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" çox populyardır"

"Azərbaycanda "Fənərbağça", "Qalatasaray", "Beşiktaş" çox populyardır"
Futbol
10 Aprel 2019 - 21:17



Supersport.Az-ın məlumatına görə, 6-cı "İzmir Cup"da iştirak edən "Neftçi"nin U-12 komandasının baş məşqçisi Emin Salmanov açıqlama verib.

Mütəxəssis, Türkiyə mətbuatına qardaş ölkədə özlərini vətəndə olduğu kimi hiss etdiklərini bildirib:

"Neftçi" "İzmir Cup"da mübarizə apardığı üçün çox sevinir. Çünki burada uşaqlarımız həm təcrübə qazanır, həm də digər ölkələrdən yaşıdlarıyla əlaqə qurur.

Türkiyədə olmaq bizim üçün çox yaxşı duyğudur. Hər addımda bunu gördük. Bizə qarşı hər yerdə böyük diqqət vardı. İstər otel, istərsə də meydanda olan münasibətdən çox məmnun olduq. Türkiyə Azərbaycanla qardaşdır. Özümüzü vətəndə olduğu kimi hiss etdik. Böyüklərimizin dediyi kimi həqiqətən iki dövlət, bir millətik. Burada da bunu öz gözlərimizlə gördük".

"Neftçi"nin baş məşqçisi Azərbaycanda Türkiyə klublarının çox populyar olduğunu vurğulayıb:

"Azərbaycanda "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" çox populyardır. Klublarımızla yanaşı, türk komandalarını da dəstəkləyirik. Ölkə olaraq onların uğur qazanmasını istəyirik".


Digər xəbərlər