"Neftçi" "Konyaspor"a qalib gəldi

"Neftçi" "Konyaspor"a qalib gəldi
Futbol
06 Aprel 2019 - 15:05

Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin U-12 komandası "İzmir Cup" beynəlxalq turnirinin ilk günündə 3 oyun keçirib.


"AZ Alkmaar" (Niderland) və "Şlask Vroslav"a (Polşa) 0:1 hesabı ilə məğlub olan Azərbaycan komandası, Türkiyənin "Konyaspor" klubuna 3:0 hesabı ilə qalib gəlib. Qollara Fərid Məcidov, Amin Muradov və Əli Aslanzadə imza atıblar.





Qeyd edək ki, "Neftçi" bu gün "A" qrupundakı digər rəqibləri – "Bursaspor" (Türkiyə), "Anderlext" (Belçika), "Siqma Olomous" (Çexiya), "Lill" (Fransa) və "Seltik" (Şotlandiya) ilə qarşılaşacaq.

Yarışda 24 ölkədən 72 komanda mübarizə aparır və sabah başa çatacaq.

Digər xəbərlər