"Roma" Cengiz Ündəri satacaq

"Roma" Cengiz Ündəri satacaq
Futbol
06 Aprel 2019 - 00:29

"Roma" 21 yaşlı türk futbolçusunu satacaq.


Supersport.Az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, paytaxt klubu Finansal Fair Play tələbləri səbəbindən Cengiz Ünderlə yolları ayıra bilər.

Türk futbolçu uzun müddət zədəli olduğundan heyətdə yetərincə yer almır. Ulduz oyunçunun qiyməti 40 milyon avrodur.

"Roma" çempionatda 7-ci pillədə qərarlaşdığından Çempionlar Liqasına qatılmamaq təhlükəsiylə üzləşib və UEFA-nın maddi tələblərini icra etmək üçün qazanca ehtiyacı var.

İtaliya klubuyla 2022-ci ilin iyununadək müqaviləsi olan Cengiz, bu mövsüm 6 qol vurub, 9 effektli ötürmə verib.

Sağ cinah oyunçusunun adı "Real Madrid", "Çelsi" və "Bayern"in transfer siyahısındadır.

 

Digər xəbərlər