"Barselona"dan Messiylə ömürlük müqavilə

"Barselona"dan Messiylə ömürlük müqavilə
Futbol
05 Aprel 2019 - 19:16
"Barselona" futbolçusu Lionel Messi ilə ömürlük müqavilə imzalamağa hazırlaşır.

Supersport.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib.

O, argentinalı hücumçu ilə yeni müqavilə imzalamaq istədiklərini deyib:

"İstəyirik ki, Messi həmişə "Barselona"nın hissəsi olsun: futbolçu kimi və ya vəzifədə çalışsın. O, hələ gəncdir, bunu onun oyunundan görürük. Messi ilə ömürlük müqavilə imzalamaq istəyirik. Qarşıdakı aylarda bu barədə danışıqlar aparacağıq".
Qeyd edək ki, Messinin "Barsa" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır. Argentinalı fubolçu bu mövsüm 39 oyunda 42 qol vurub, 21 effektli ötürmə verib. 

Digər xəbərlər