Arda Turan: "Barselona"ya 100 milyon verin, Tükiyədən futbolçu alarmı?"

Arda Turan: "Barselona"ya 100 milyon verin, Tükiyədən futbolçu alarmı?"
Futbol
04 Aprel 2019 - 07:52
Supersport.Az-ın məlumatına görə, Arda Turan "Barselona"dan ayrılmağının səbəbini açıqlayıb.

Türk futbolçu bildirib ki, klubu tərk etməsində Messinin rolu olmayıb:

"Messinin söyləndiyi kimi komandada xüsusi çəkisi var. Ancaq mənim "Barselona"dan ayrılmaq səbəbim 1-100 belə o, deyil. Çox yaxşı dostdur. "Barselona"nın oyunçuları ilə indi də əlaqəm var. Barselonadan bura gələnlər olur. Neymar, Dani Alveş, Pike ilə danışıram. Hətta Pikeni Tennis Federasiyası, "Türk Hava Yolları" rəsmiləri ilə görüşdürdüm.

Komandada Luis Enrike ilə 12-ci oyunçu idim, çox oynayırdım. Valverde gəlincə, mənə şans vermədi. Mənə kimsə "get" demədi, özüm ayrıldım. "Barselona" bir arzudur. Sizin məsləyinizdə ən üs səviyyə nədirsə, "Barselona" da budur. Orada ölkəmi təmsil etdim. "Barselona" sosial şəbəkədən Cumhuriyyət Bayramı-nı təbrik etmişdi, oyunçularıyla bərabər. Bunu hansı pul, əlaqəylə edə bilərsiniz? "Barselona"ya getdim, "sponsorluq transferi" dedilər. 100 milyon avro verin, Tükiyədən bir futbolçu alarlarmı? Bu klub belə hərəkət edərmi?"

Digər xəbərlər