Mövsümün 200-cü qolunu kim vurdu?

Mövsümün 200-cü qolunu kim vurdu?
Futbol
02 Aprel 2019 - 20:26
Premyer Liqada mövsümün 200-cü qolu vurulub.

 

Supersport.Az xəbər verir ki, bu, XXII turun “Sumqayıt” – “Qarabağ” oyununa təsadüf edib. Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir imza atıb. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdir.

 

Qeyd edək ki, mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə VI turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top XI turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə XVII turun “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadır.

Digər xəbərlər