"Qırmızı qurdlar" rəqibini parçaladı - Video

"Qırmızı qurdlar" rəqibini parçaladı - Video
Futbol, Video
30 Mart 2019 - 22:45
Supersport.Az İran çempionatının 23-cü turunda Cənubi Azərbaycanın "Traktor Sazi" klubunun son pillədə olan Xuzestanın "İstiqlal"ını üç qolla məğlub etdiyi oyunun qollarını təqdim edir. "Qırmızı qurdlar"dan Sugita (16), Daniyal (42) və kapitan Əşkan (66) fərqlənib. Bu qələbəylə xalını 46-ya çatdıran Təbriz komandası ikinci pillədə qərarlaşıb. "Persepolis" Tehranın "İstiqlal"ına 1 qolla qalib gələrək, 48 xalla lider qalıb. "İstiqlal" 43 xalla üçüncü, bir oyun az keçirən "Sepahan"43 xalla dördüncüdür.


 

 

Digər xəbərlər