
FU19_Logo_P_SPOT_On_Dark.jpg
Futzal yığmamızın fiaskosu
Supersport.Az-ın məlumatına görə, Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bərbad yarışır.
Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən ilk oyunda Kipr komandamızı 7:1 hesabı ilə məğlub edib. Yığmamızın heyətində Hüseyn Qarayev fərqlənib. Qrupda keçirilmiş digər oyunda isə Niderland futzalçıları Sloveniya yığmasına qalib gəlib – 5:4.
Azərbaycan qrupda növbəti oyununu niderlandlılara qarşı keçirib. Yığmamız bu dəfə 1:6 hesabı ilə uduzub.
U-19 turnirdə son oyununu martın 30-da, saat 21:00-da Sloveniya yığmasına qarşı keçirəcək.