AFFA forma biabırçılığına münasibət bildirdi

AFFA forma biabırçılığına münasibət bildirdi
Futbol
27 Mart 2019 - 18:30
"Avro-2020"nin seçmə mərhələsində Zaqreb şəhərində keçirilən Xorvatiya – Azərbaycan oyununun 72-ci dəqiqəsində Riçard Almeydanın yerinə meydana daxil olan Emin Mahmudovun formasının üzərindəki soyadında hərf səhvi olub.

Supersport.Az-ın xəbərinə görə, AFFA sosial şəbəkələrdən birində rəsmi səhifəsi vasitəsi ilə yaydığı məlumatda bildirib ki, federasiya rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.
Xatırladaq ki, Xorvatiyaya 1:2 hesabı ilə məğlub olan Azərbaycan yığmasının üzvü E.Mahmudovun soyadı geyindiyi formanın üzərində "Makhmudiv" kimi yazılıb.

Digər xəbərlər